Azərbaycanda DƏHŞƏT: Sürücü maşını ilə onu döyən şəxslərin üstündən keçdi

Azərbaycanda DƏHŞƏT: Sürücü maşını ilə onu döyən şəxslərin üstündən keçdi

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT: Sürücü maşını ilə onu döyən şəxslərin üstündən keçdi

240067

Gəncədə üç nəfər maşını sürətlə idarə edən sürücünü döyüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
 

Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.


Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhrəmanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov oxu.az-a açıqlama verib.

O bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO