Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO

Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO

240018

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.

Bizim.Media xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
 

Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır.


Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.

Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO