Qubada Dağ Yəhudiləri Muzeyini ZİYARƏT - FOTO

Qubada Dağ Yəhudiləri Muzeyini ZİYARƏT - FOTO

Hazırda oxunan: Qubada Dağ Yəhudiləri Muzeyini ZİYARƏT - FOTO

240001

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

Bizim.Media xəbər verir ki, muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində İŞTİRAK ETDİ - FOTO


Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir.

Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.

Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO