BİZİM TƏQVİM: Martın 19-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 19-da baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: Martın 19-da baş vermiş tarixi hadisələr

239968

1994-cü ilin bu günündə Bakı metropoliteninin “20 Yanvar” stansiyasında terror törədilib. Nəticədə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını sübut edib.

Martın 19-da dünyada daha hansı hadisələr baş verib?

1. 19 mart 1279-cu ildə Yamen döyüşündə 20.000 nəfərlik qüvvə ilə Monqol Yuan sülaləsi 200.000 nəfərlik qüvvə ilə Çin Cənubi Sonq sülaləsini məğlub etdi və bütün Çin üzərində hökmranlığa nail oldu.

2. 19 mart 1452 -ci ildə  III Frederik Papa tərəfindən tac qoyulan sonuncu Müqəddəs Roma İmperatoru idi.

3. 19 mart 1866-cı ildə Osmanlı hökuməti Süveyş kanalının açılmasına icazə verdi.

4. 19 mart 1883-ci ildə Amerikalı ayaqqabıçı Jan E. Matzeliger bir anda bütün ayaqqabı istehsal edə bilən ilk maşını icad edərək ayaqqabı sənayesində inqilab etdi.

5. 19 mart 1899-cu ildə  Avtomobil yağı istehsal edən Castrol şirkəti quruldu.

6. 19 mart 1903-cü ildə Türkiyənin ilk idman klubu olan Beşiktaş JK quruldu.

7. 19 mart 1915-ci ildə Günəş sistemindəki planet olan Plutonun ilk fotoşəkili çəkildi. Lakin o zamanlar Plutonun yeni planet olduğu anlaşılmırdı.

8. 19 mart 1931-ci ildə qumar ilk dəfə Nevadada leqallaşdırılır.

9. 19 mart 1945-ci ildə SSRİ nota ilə 1925-ci il Türkiyə-Sovet dostluq və neytrallıq müqaviləsini yeniləməyəcəyini elan etdi.

10. 19 mart 2003-cü ildə ABŞ qoşunları İraq-Küveyt sərhəddində silahsızlaşdırılmış zonaya daxil oldu. ABŞ təyyarələri də İraqın qərbini bombalamağa başlayıb.

11. 19 mart 2007-ci ildə Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki Ulyanovskaya mədənində yerin 270 m altındakı partlayışda 108 şaxtaçı həlak oldu.

12. 19 mart 2010-cu ildə Beynəlxalq müştəri günü kimi Rusiya və litvalı sahibkarların təşəbbüsü ilə təsis olunub. Amerika və Avropanın onlarla iri və xırda şirkətləri tərəfindən dəstəklənir.

13. 2011 - 2011-ci ildə Liviya üsyanına cavab olaraq, koalisiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinə uyğun olaraq 2011-ci ilin bu günündə Liviyanı bombalamağa başladılar.

Martın 19-da bu şəxsiyyətlər xatırlanır:

1. 19 oktyabr 1899-cu ildə Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

2. 19 oktyabr 1898-ci ildə ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

3. 19 oktyabr 1932-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Sara Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi”, “Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

4. 19 oktyabr 1962-ci ildə Əməkdar rəssam, heykəltəraş Seyfəddin Əli oğlu Qurbanov (1962 – 16.11.2021) Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İmadəddin Nəsiminin Kiyevdə ucaldılan (2019) heykəlinin müəllifidir.

5. 19 oktyabr 1972-ci ildə opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO