Bu gün dünya ölkələrinin böyük əksəriyyətində insanlar korrupsiya bataqlığında boğulmaqdadırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu sistemini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə, elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın.
Öncə qeyd edək ki, ən qədim dövrlərdən başlayaraq korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur.
xa0
xa0Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir.
xa0Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır:xa0
- hakimlərə ciddi cəza nəzərdə tutulmaması;
- hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur);
-xa0 ictimai nəzarətin olmaması;
xa0- nəzarətedici orqanın olmaması;
- cəzasızlıq sindromu;
- sahibkarların azad olmaması;
- hüquqi aktların işləməməsi;
- hakimlərin şəffaf seçilməməsixa0
və s.xa0
Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edilməli və onun iş yeri dəyişilməlidir. Əgər o ikinci dəfə bu hərəkəti edərsə, o zaman onun bütün əmlakı dövlət tərəfindən alınmalı, hərracda satılmalı və ehtiyacı olanlara əvəzsiz verilməlidir.
xa0Yaradan insana var-dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin.
İnsanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir.xa0
İnsanlar ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir.
xa0Ey rəhbərlər! İşçilərnizə inanın; amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz.xa0
Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi?xa0
Yuxarıda qeyd etdiyimiz kimi, insan övladı bu gün korrupsiyalaşmış dövlət qurumlarının yarıtmaz fəaliyyəti nəticəsində əzab çəkməkdədirlər. Bunu nəzərəxa0 alaraq, Yaradanın bizə öyrətdiyi dövlət quruluşu modelini sizlərə təqdim edirik. Əgər öz ölkələrinizdə bu modeli tətbiq edərsinizsə, məmurlar istəsələr belə, rüşvətxa0 ala bilməyəcəklər.
Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş başmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir:
1) Baş barmaq - məhkəmə hakimiyyətini;
2) İşarə barmağı - nəzarətedici hakimiyyəti;xa0
3) Orta barmaq - imtahanları təşkil edən hakimiyyətin bir qolunu;
4) Üzük barmağı - qanunverici hakimiyyəti;
5) Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir.xa0
Quracağınız dövlətdəxa0 hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar.
Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün, hakimliyə namizədlər ilk olaraq imtahan versinlər (imtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasındanxa0 xalq tərəfindən seçki yolu ilə seçilsinlər.xa0
Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər. Ölkədəki bütün təhqiqat və istintaqları Məhkəmə hakimiyyəti yanında İstintaq və Təhqiqat Komitəsi aparsın.
Senzorluqxa0
xa0Məhkəmə qərarlarının icrasına Nəzarətedici orqan nəzarət etsin. Nəzarətedici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktaların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər.
xa0Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin.xa0
Baş Senzor seçilmiş şəxs, səlahiyyət müddəti bitdikdə birbaşaxa0 Dövlət Şurasının üzvü sayılsın.
Dövlət Şurasının üzvləri, insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar.xa0
İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun.
xa0
Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edilsin.
İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun.xa0
Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin:
xa0
1) Hərbi işlər üzrə xalq tribunu – bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin.xa0
2) Maliyyə işləri üzrə xalq tribunuxa0 –xa0 dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin.
xa0
3) Daxili işlər üzrə xalq tribunuxa0 –xa0 xa0bu vəzifə həmxa0 də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin. Bu quruma rəhbərlik edən şəxsxa0 dövlətin bütün qubernatorlarının başçısı sayılsın.
xa0
4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin.xa0 Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa,xa0 onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin.
xa0Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə və sxa0 tam nəzarət etsinlər.xa0
5) Mədəniyyət işləri üzrə xalq tribunuxa0 –xa0 turizmə,xa0 idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin.xa0
xa0
6) Yüksək texnologiyalar və nəqliyyat işləri üzrə xalq tribunuxa0 – su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin.xa0
7) Xarici işlər üzrə xalq tribunuxa0 –xa0 ölkənizin xarici siyasətini müəyyən etsin.
xa0
8) İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunuxa0 – dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin.
9) İqtisadi inkişaf üzrə xalq tribunu –xa0 kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin.xa0
10) Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar.xa0xa0
Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxsxa0 yalnız bir dəfə həmin vəzifələri tuta bilsin.xa0
Bu gün dünyada olanxa0 xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparıb, onun kökünü kəsmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyiniz təklif olunur.xa0
Elmi-lədun bilicisi olaraq deyə bilərik ki, gələn ildən dünyada kamillik dövrü (və yaxud pangeyizm dövrü)xa0 başlayacaq və bəşəriyyət, yuxarıda təklif etdiyimiz dövlət quruluşunu tətbiq edəcəkdir.xa0
Paşa Yaqub


































































































