Novruz bayramı ilə əlaqədar DYP gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir.
Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək.
Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.
Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.
Baş DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.
Bayram günlərində hər kəsə təhlükəsiz və xoş səyahətlər arzulayırıq!",- deyə məlumatda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 18.03.2025
Yol Polisindən ÇAĞIRIŞ: “Yorğun halda sükan arxasına əyləşməyin!”
Hazırda oxunan: Yol Polisindən ÇAĞIRIŞ: “Yorğun halda sükan arxasına əyləşməyin!”
Hazırda oxunan: Yol Polisindən ÇAĞIRIŞ: “Yorğun halda sükan arxasına əyləşməyin!”
239934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.