Bizdə nikah müqaviləsi bildiyiniz kimi könüllüdür.
Bizim.Media xəbər verir ki, bunu parlamnetin bugünkü iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, evlənmiş, ailə qurmuş şəxslərə bizim müəyyən dərəcədə nöqsanlı adətlərin təsiri var:
“İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmədiyinə görə də, boşanma olan kimi bunun alınıb qaytarılmasını məhkəmənin, mediasiyanın üstünə yıxırlar. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:49 / 18.03.2025
“Nikah müqaviləsi məcburi olmalıdır” - Fazil Mustafa
Hazırda oxunan: “Nikah müqaviləsi məcburi olmalıdır” - Fazil Mustafa
Hazırda oxunan: “Nikah müqaviləsi məcburi olmalıdır” - Fazil Mustafa
239920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.