Çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq.
Bizim.Media xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:28 / 18.03.2025
Bu ailələrə sosial xidmət GÖSTƏRİLƏCƏK
Hazırda oxunan: Bu ailələrə sosial xidmət GÖSTƏRİLƏCƏK
Hazırda oxunan: Bu ailələrə sosial xidmət GÖSTƏRİLƏCƏK
239914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.