Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə qeyd olunub ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.
Bizim.Media