Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahib Səfərlinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və S.Səfərliyə şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
İttihama görə, hadisə 30 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Sahib Səfərli bir neçə gün əvvəl kənd təsərrüfatı işlərində köməklik göstərməsi üçün yaşadıqları evə qonaq gəlmiş, oğlunun qaynı, zərərçəkmiş Rahib Bəkirovla (soyadı şərti) birlikdə 2 litr araq içib. Sonra o, sərxoş vəziyyətdə olanda evin həyətində yerləşən yarımtikilinin içərisində mobil telefon vasitəsilə danışaraq yüksək səslə nalayiq ifadələr işlədib. Zərərçəkmiş şəxs isə evdə bacısının olduğunu deyib. Sahib bu səbəbdən Rahibin ona irad bildirməyindən əsəbiləşərək onunla sözlə mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs bıçaqla qonağın qarın boşluğuna bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Sahib Səfərli saxlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:50 / 18.03.2025
Evində qonağını bıçaqlayan kişi azadlığa buraxıldı
Hazırda oxunan: Evində qonağını bıçaqlayan kişi azadlığa buraxıldı
Hazırda oxunan: Evində qonağını bıçaqlayan kişi azadlığa buraxıldı
239873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.