Ucarda bacıoğlu dayısının mağazasını yandırdı - FOTO

Ucarda bacıoğlu dayısının mağazasını yandırdı - FOTO

Hazırda oxunan: Ucarda bacıoğlu dayısının mağazasını yandırdı - FOTO

239852

 Ucar rayonunun Alpout kəndində 60 yaşlı Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə  yanıb.  

Mağaza sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.  

Əraziyə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. 

Musa Əhmədovun bacısı oğlu, 47 yaşlı İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib.  

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən İlham Həsənov saxlanılıb.  Fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO