Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə HÖKM OXUNDU

Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə HÖKM OXUNDU

Hazırda oxunan: Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə HÖKM OXUNDU

239837

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Pərviz Rzayevə hökm oxunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vuran 1995-ci il təvəllüdlü sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.

Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO