Market, yoxsa yarmarka bahadır? - VİDEO

Market, yoxsa yarmarka bahadır? - VİDEO

Hazırda oxunan: Market, yoxsa yarmarka bahadır? - VİDEO

239827

Novruz bayramı ərəfəsində Bakıda ənənəvi “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Martın 8-də başlayan və 19-dək davam edəcək yarmarka paytaxtın Nərimanov rayonunda, “Gənclik” metrosunun çıxışında təşkil olunub.

Bizim.Media axar.az-a istinadən xəbər verir ki, burada 20-dən çox regiondan fermerlər 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.
 

Fermerlər üçün bütün şərait dövlət tərəfindən yaradılıb – piştaxtalar, tərəzilər və digər avadanlıqlar ödənişsiz təqdim edilib.


Şəhər sakinləri yarmarkada təkcə alış-veriş etmir, həm də bayram ab-havasını hiss edirlər.

Uşaqlar üçün xüsusi əyləncə guşəsi təşkil olunub. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası nəzarət edir.

Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından nəzarətdə saxlanılır. Fermerlər məhsullarını birbaşa istehlakçılara təqdim etdiyinə görə burada süni qiymət artımı yoxdur, bu da alıcılara daha münasib şərtlərlə bazarlıq etməyə imkan yaradır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO