Yazıçılar Birliyindən Məleykə Abbaszadəyə CAVAB – “Donoru başqa yerdə axtarsınlar”

Yazıçılar Birliyindən Məleykə Abbaszadəyə CAVAB – “Donoru başqa yerdə axtarsınlar”

Hazırda oxunan: Yazıçılar Birliyindən Məleykə Abbaszadəyə CAVAB – “Donoru başqa yerdə axtarsınlar”

239782

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edərək, ana dili imtahanından keçməyə çağırıb. Sədr “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib ki, Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq:

“Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".
 

MÖVZU İLƏ BAĞLI:

Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə ÇAĞIRDI


Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mövqeyini öyrəndik.

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Bizim.Media-ya bildirib ki, AYB-nin üzvlüyünə qəbul olmaq üçün müəyyən şərtlər var:

“Söhbət ana dilini, qrammatikanı bilib-bilməməkdən gedirsə, belə insanlar mediada da, dövlət qurumlarında da, AYB-nin üzvləri arasında da var. Bu, çox geniş araşdırılmalı mövzudur. Amma Azərbaycan Yazıçılar Birliyinin üzvləri onsuz da qəbul komissiyasının xüsusi şərt və qaydalarından keçirlər.
 

AYB-nə üzv olmaq üçün qəbul komissiyasının qaydaları var və müraciət edənlər həmin qaydalara uyğun olaraq sənədlərini təqdim edirlər. Komissiyanın üzvləri onu dəyərləndirir, hətta müraciət edənlərin arasında saysız-hesabsız insanlar var ki, onlara imtina cavabı verilir. Yəni onların əsərləri layiq olmadığı üçün üzvlüyə qəbul olunmursunuz”.


O, AYB üzvlərini ana dili imtahanına cəlb edənlərə donoru başqa yerdə axtarmalarını tövsiyə edib:

“Dil məsələsi bəlli qurumların işidir. Düşünürəm ki, öz donorlarını başqa yerdə axtarmalıdırlar, Yazıçılar Birliyinin üzvləri arasında yox.

Amma dil məsələsi çox vacibdir, özünü azərbaycanlı, bu ölkənin vətəndaşı hesab edən bütün insanlar dilə həssas yanaşmalı və öz ana dilini bilməlidirlər. Kimsə onları test etmək istəsə də, istəməsə də”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO