BİZİM TƏQVİM: Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 18-də baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: Martın 18-də baş vermiş tarixi hadisələr

239781

Bu gün Çanaqqala savaşının 110 ili tamam olur. 1914-cü il noyabr ayının 3-də başlayan savaş, 1915-ci il 18 mart tarixinə Mustafa Kamal Atatürk və onun komandanlıq etdiyi ordunun zəfəri ilə nəticələndi. Bu savaşda Təbriz, Ərdəbil, Dərbənd, Bakı və Azərbaycanın bir sıra şəhər və kəndlərindən 3 mindən çox insan iştirak edib.

Martın 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1949-cu ilin bu günü NATO qurulub. Nato 1949-cu ildə Vaşinqton müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır. Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır. NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı.

Ortaya çıxan yeni çağırışlara qarşı yeni məqsədlər yaradan NATO Şərqə doğru genişlənir, üzvlərinin sayını artırır və digər qonşu bölgələrdə yerləşən dövlətlərlə də müxtəlif səviyyələrdə əməkdaşlıq proqramları həyata keçirir.

2. 18 mart 1965-ci ildə İnsanlar ilk dəfə kosmosa çıxıb. Sovet kosmonavtı Aleksey Leonov yerdən 2 min 177 kilometr hündürlükdə "Vosxod-II" (Günəşin doğuşu) adlı kosmik gəmidən asılı olmayaraq bölgədə 20 dəqiqə qaldı.Təxminən 12 dəqiqə davam edən gəzinti zamanı o, kosmik gəmidən 15 metr uzaqlaşıb.

Bu vaxt onun skafandrı kosmosda o qədər şişmişdi ki, Leonov nə rahat hərəkət edə, nə də sinəsindəki kameranın düyməsini basa bildi. Leonov da kosmik gəminin qapısına girməkdə çətinlik çəkib. O, artıq havanı buraxmaq üçün kostyumda bir klapan açdı və çətinliklə kosmik gəmiyə qayıtdı. O, daha sonra izah etdi, "dizlərinə qədər tər içində idi". O, kosmik gəmiyə qayıda bilməyəcəyi halda istifadə etmək üçün özü ilə intihar həbi götürmüşdü, lakin ondan istifadə etməli deyildi.

3. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni hərbi birləşmələri tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulub. Nəticədə 34 diplomat və onların ailə üzvləri həlak olub.

4. 18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum keçirilib. Referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər qəbul edilib.

5. 18 mart 2015-ci ildə Bakı Olimpiya Stadionunun açılışı olub. Altı yarusdan ibarət stadion 68 min tamaşaçı tutur. Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda keçirilib.

6. 18 mart Qlobal Təkrar Emal Günüdür. 2018-ci ildən etibarən qeyd edilən bu günün məqsədi tullantıları təkrar emal etməklə enerji tutumlu istehsal proseslərinə ehtiyacı azaltmağa, ətraf mühiti qorumağa təşviq etmək, ekoloji cəhətdən daha sağlam və yaşıl planetə sahib olmağa töhfə vermək və bu sahədə həyata keçirilən tədbirlərlə cəmiyyəti maarifləndirməkdir.

Martın 18-də bu şəxsiyyətlər xatırlanır:

1. 18 mart Azərbaycanın məhşur xanəndəsi Xan Şuşinskinin xatirə günüdür. 1901-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olan Xan müstəsna istedadı, geniş diapazonlu gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmışdı. O, Azərbaycan muğamlarını zənginləşdirərək yeni şöbələr artırıb. “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və başqa mahnıların müəllifi olan Xan Şuşinski həm də Azərbaycan Dövlət Filarmoniyasının solisti (1939) idi. Görkəmli xanəndə 1979-cu ilin bu günü 78 yaşında dünyasını dəyişib (1901-1979).

2. Almaniya yazıçısı Krista Volf 18 mart 1929-cu ildə anadan olub.

3. Azərbaycan şairi Əli Kərim 18 mart 1931-ci ildə dünyaya gəlib.

4. Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Rafiq Nəsrəddinov 18 mart 1961-ci ildə anadan olub.

5. Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı, M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı Maral Rəhmanzadə 18 mart 2008-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO