Bakıda vətəndaş iftar zamanı ölüb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bakinskiy dvornik" restoranında baş verib.
İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
"Bakinskiy dvornik"in nümayəndəsi restoranda iftar zamanı ölüm halının baş verməsi faktını təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media