Gürcüstanla sərnişindaşımaların bərpası ilə bağlı ADY-dən daha bir AÇIQLAMA

Gürcüstanla sərnişindaşımaların bərpası ilə bağlı ADY-dən daha bir AÇIQLAMA

Hazırda oxunan: Gürcüstanla sərnişindaşımaların bərpası ilə bağlı ADY-dən daha bir AÇIQLAMA

239772

“Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.
 

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib.


Reysin açılışına hazırlığa gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır:

"Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO