Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunublar.
Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov yeni təyin olunan hər iki müavini kollektivə təqdim edib.
Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:34 / 17.03.2025
Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR
Hazırda oxunan: Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR
Hazırda oxunan: Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR
239753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.