Cəbrayılda boş ərazidə güclü yanğın oldu

Cəbrayılda boş ərazidə güclü yanğın oldu

Hazırda oxunan: Cəbrayılda boş ərazidə güclü yanğın oldu

239660

Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, yanğın hadisəsi rayonun Şükürbəyli kəndi ərazisində baş verib.

Hadisə yerinə FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları texnika və yanğınsöndürən avtomobilləri ilə cəlb edilib.

Yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.

Yanğın hadisəsini FHN-in Qarabağ Regional Mərkəzi təsdiqləyib.

Bu barədə aidiyyatı üzrə nümayəndəliyə məlumat verilib. Ərazidə fəaliyyət göstərən tikinti şirkətlərindən köməyə ehtiyyat su maşınları və texnikaları cəlb olunaraq yanğının söndürülməsi üçün işlər aparılır.

Hazırda yanğın davam edir. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO