Ey insanlar! Bitkilərdən torpağa bağlılığı, qarışqadan dostluğu, birliyi, əməksevərliyi; hörümçəkdən toxuculuğu öyrənmədinizmi?! Nə oldu keçmişinizi unutdunuz?! Özünüzü hamıdan üstün hesab etdiniz!? Bəs nə üçün təbiəti məhv edirsiniz?!xa0
Cəhalətdən doğan zülməti biz əlinizdəki bu ağıl kitabının çırağı ilə işıqlandıracağıq. Bəşəriyyəti, sivilizasiyanı irəli aparan insan şübhəsiz nicat tapacaqdır. O, bütün insanları fikirləşib, məhz bu əməli etmişdir. Kim bəşəriyyəti fikirləşərsə şübhəsiz, bəşəriyyət də onu fikirləşər.
Yaradan uludur, onun heç nəyə ehtiyacı yoxdur. Mələk insanın ağlı,xa0 Şeytan insanınxa0 ac hissləridir.
Yaradanın işarəsi bütün canlılarda var. Yer planeti özü də canlıdır. Bütün canlılar Yaradandan qopan zərrəciklə yaranıb. Həm Yerin, həm də bəşəriyyətin ruşeym, körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq dövrü olacaqdır.xa0
Körpəlik dövründə hazır məhsulları mənimsəmişlər; uşaqlıqda bir-birilərini aldatmışlar, bir-biriləri ilə savaşmışlar.
xa0Yeniyetməlik hazırki dövrümüzdür. Bu dövrdə insanlar yaşlarından aslı olmayaraq, hamı soyunmaq, başqa cinsləri öyrənməkxa0 istəyir və daima diqqət mərkəzində qalmaq istəyərlər.xa0
Gənclik dövrüxa0 isə, aqil insanların dövrü olacaqdır. Bu dövrdə insanlar okeanların, dənizlərin altında və digər planetlərdə səyyar və daimi şəhərlər yaradacaqlar.
Qocalıq dövrünün iltihabları gənclik dövrünün səhvlərindənxa0 qaynaqlanacaqdır.xa0
Yeniyetməlik dövründə yenidən uşaqlıq dövründəkixa0 kimi savaşlar olsa, bu, Yer kürəsinin məhvinə gətirib çıxaracaqdır. Gəlin gənclik dövrünə birlikdə qədəm qoyaq.xa0
Bu İlahi qanunların tərkib hissəsidir.xa0 Hərə özü üçün Yaradana dua etməlidir, çünki, sən dünyaya tək gəlirsən və öləndə tək basdırılırsan. Yalnız, əkizlər istisnadır.
Təbiətdə hər şey hərəkətdədir. Çalışın daima hərəkətdə olun, fərqi yoxdur fiziki və ya zehni hərəkətdə. Çünki, kamilləşmək yalnız bununla mümkündür. Biz cəmiyyəti elə inkişaf etlətdirməliyik ki, kömür parçası almaza çevrilsin; meyvəsiz ağac meyvə versin.xa0
Göydəki buludlar qədər mürəkkəb olsa, saçınızdakı tüklər qədər qələm olsa, Yaradanın qüdrətini göstərməyə azlıq edər. Bildikləriniz, öyrəndikləriniz və öyrətdikləriniz dəryada bir zərrə qədərdir. Elmlənin ki, sirlərdən agah olasınız.
xa0O şəxslər ki, Yaradana inanır, Onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər,xa0 o, şəxsləri qorxutmaq qurdu quzu ilə qorxutmağa bənzəyir.xa0
Kainatxa0 insan bədəninə bənzəmirmi?xa0 Bütün orqanlar bir-birilə qanunauyğun şəkildə bağlı olduğu kimi, kainatdakı hər şey beləcə biri-birinə bağlıdır. İnsanlar arasında qarşılıqlı inam olsa bir adamın barmağı belə qanamaz.
xa0Nə istəyirsiz istəyin, amma, var gücü ilə istəyin istəklərinizi. Vərəqlərə yazın və hər gün hədəflərinizi ziyarət edin. Amma unutmayın ki, yüz mərtəbəli binanın onuncu mərtəbəsinə çıxmaq istəyirsinizsə, yüzüncü mərtəbəni hədəf almalısız.
Tibb elmi hələ yeniyetməlik dövründədir. O, hələ gənclik dövrünə çatmayıb. İnsanın bədənində tarazlıq olmasa, insan məhv olar. Gələcəkdə müalicə yeməklə, içəcəklərlə və meyvə-tərəvəzlərlə həll olunacaqdır.
Heç bir cinayətkar bağışlanmamalıdır. Əks təqdirdə ədalət zənciri qırılar, bəşəriyyət məhv olar. Unutmayın, insaf qanunların təməlidir. Ədalət bəşəriyyətin ən böyük silahıdır. Yalançı əfv isə onun ölü doğulmuş uşağıdır. Aqil insan heç vaxt cinayət törətməz. Cahillik cinayətin əsas səbəbkarıdır. Elmli, intelektual insan heç vaxt başqasına pislik etməz, cinayət törətməz. Əgər o oxumuş biridirsə, bunu edirsə, o özünü pula satan bir fahişə kimidir.xa0
Bəşəriyyətə olan məhəbbət Yaradana olan məhəbbətin bir parçasıdır. İnsan öz Yaradanını sevməlidir, Ondan qorxmamalıdır. Şüursuzlar qorxmalıdırlar. Yaradana olan məhəbbət artdıqca, millətlərarası ədavətə son qoyulacaq, bəşəriyyət çiçəklənəcək, hamı tərəqqi və inkişaf edəcək.
Qəssab qoyunu ona görə bəsləyir ki, gələcəkdə qoyunu satıb xeyir əldə eləsin və öz balalarına çörək pulu qazansın. Həyatda insanlar ya qəssab olar,xa0 ya da qoyun. Qəssab bacarıqlı insandır, qoyun isə, şüursuz. İbrət al ey bəşər övladı!xa0
Bütünxa0 dini, irqi, sinfi, cinsi, vəxa0 s. ideologiyaların əsas məqsədixa0 insanları qırmaq, kölə halına salmaqxa0 və dünyanı ələ keçirməkdir. Yer planetininxa0 heç bir yeri digər bir yerdən müqəddəs deyil. Yer əhlini dostlara və düşmənlərə bölmək çoxallahlılığa işarədir. Yaradan təkdir. Eşq atəşi alovlandımı, ağıl xırmanı yanar. Xırman hazırlandısa,xa0 çörək bol olar və bəşəriyyət həqiqəti bilər;xa0 hər deyilənə inanmaz.xa0
Hisslər daima sizi aldadar. Çalışın ağıl ilə hisslərinizi birləşdirin, sonra qərar verin.xa0
Yaradan öz əlamətlərini, ilahi qanunları, təkamülü sizin bədənlərinizdə göstərmədimi?! Sizin bədəniniz körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və qocalıq mərhələlərini keçdiyi kimi, təbiət də – yaz, yay, payız, qış – fəsilləri kimi mərhələlərə bölünmüşdür.xa0 Bu qanunauyğunluqdanxa0 ibrət almırsınızmı?!xa0
Yaradanın qanunları hər yerdə olduğu kimi, Özü də hər yerdədir. Məgər sizlər hər hansı bir yeri müqəddəs edib, Yaradanın evi adlandırmadınızmı?! Məgər bilmirsinizmi ki, bu cəzasız qalmayacaq?! Vay o kəslərin halına Yaradana şərik qoşdular! Yaratdıqları evləri Yaradanın evi adlandırdılar. O şəxslər daima mineral olaraq qalarlar. Onlar öz mənfəətləri üçün insanları aldadarlar. Yaradan hər yerdədir! Hərəniz özünüzə bir qibləgah düzəldib, sonradan biri-birinizlə vuruşmadınızmı?! Bunlardan hələ də nəticə çıxarmırsınızmı?!xa0
Yaradandan maddi şeylər diləməyin, Ondan yalnız maddini yaradan şeyləri diləyin!xa0
Mənəvi nemətlərlə qidalanın, həftədə bir dəfə oruc tutun.xa0
Yuxuda böyük hikmətlər yatır, ora bir sirli aləmdir, bu aləmə varmağa çalışın.
xa0Silahın ox və ya güllə olmağı əsas deyil, əsas odur ki, hədəfə vura biləsən.xa0
Yeməklərinizi bitki yağı ilə bişirin, bu haqq olandır.
Gözəl geyinən insan yaxşı yarpaqları olan və meyvələri bol olan ağaca bənzəyir. Gizli yerlərinizi örtün, ədəblilərdən olun. Əks halda ucuzlaşmışlardan olarsız. Hamı sizə baxar, deyər ki, bu əcdadlarımız kimi lüt gəzir.xa0 O şəxs heyvanlara bənzər; axı heyvanların da paltarı yoxdur.
Ruhanilikxa0 tarixə qovuşmalıdır. Aqil insanlar olun ki, heç kim sizə öyüd nəsihət verməsin. Kamil insana öyüd nəsihət nəyə lazımdır? Axı o, Haqdan agahdır.xa0
Pangeyist (Paşa Yaqub)

























































































