Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.
SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.
Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.
Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.
Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.
Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır.
Ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:26 / 16.03.2025
Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ - VİDEO
239651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.