Xankəndiyə gedənlərin NƏZƏRİNƏ: Novruz konserti olacaq - VİDEO

Xankəndiyə gedənlərin NƏZƏRİNƏ: Novruz konserti olacaq - VİDEO

Hazırda oxunan: Xankəndiyə gedənlərin NƏZƏRİNƏ: Novruz konserti olacaq - VİDEO

239601

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19.45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. 

Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. 

Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO