Uşaqlara neçə yaşından kitab oxumaq olar?

Uşaqlara neçə yaşından kitab oxumaq olar?

Hazırda oxunan: Uşaqlara neçə yaşından kitab oxumaq olar?

239590

Uşaqlara kitab oxumaq üçün konkret bir yaş yoxdur. İstədiyiniz yaşda onlara kitab oxuya bilərsiniz. Hətta doğulmamış uşaqlar da onlar üçün oxunan kitablardan istifadə edirlər.

Bizim.Media xəbər verir ki, uşaq dünyaya gəldikdən sonra da yenə vaxt itirmədən kitab oxuya bilərsiniz.
 

Təbii ki, ilk aylarda uşaq sizi dinləmir. Çünki dinləmə qabiliyyəti uşaqlarda danışmağı öyrəndikdən sonra başlayır. Ancaq ilk aylarda kitab oxumaq uşaqda səsə olan həssaslığı artırır. Bu vaxtlar uşaq sizin nə dediyinizi başa düşməsə də, ilk yaşlardan onda dinləmək qabiliyyəti formalaşır.


1,5-2 yaşlarında isə şəkilli kitablardan istifadə edə, sadə hekayələr “uyduraraq” uşağınızda oxuma vərdişini aşılaya bilərsiniz. Bu, gələcəkdə uşağınızın daha düzgün cümlələr qurmasına və sakit tonda danışmasına kömək edər.

Uşağınızın yaşı artdıqca ona daha mürəkkəb hekayələr oxuya bilərsiniz. Bundan başqa, kitab oxumaq valideynlə uşaq arasındakı ünsiyyəti artırdığı üçün vacibdir.

Elə isə vaxt itirməyin. Bu gündən uşağınıza kitab oxumağa başlayın. (Yeniavaz.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO