Gədəbəydə dağlıq ərazidə yanğın belə söndürüldü - VİDEO

Gədəbəydə dağlıq ərazidə yanğın belə söndürüldü - VİDEO

Hazırda oxunan: Gədəbəydə dağlıq ərazidə yanğın belə söndürüldü - VİDEO

239551

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.


Yanğın nəticəsində dağlıq ərazidə 5 ha sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO