Bugünkü iməcilikdə Bakının 551 küçəsi YUYULDU

Bugünkü iməcilikdə Bakının 551 küçəsi YUYULDU

Hazırda oxunan: Bugünkü iməcilikdə Bakının 551 küçəsi YUYULDU

239521

Martın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO