Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Sabirabad rayon sakini, 2022-ci il təvəllüdlü A. Səmədzadə (qız) elektrik cərəyanı vurması səbəbindən ürəyi dayanmış vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Həkimlərin səyi nəticəsində uşağın ürək fəaliyyəti bərpa olunub və vəziyyəti stabilləşib.
İlkin məlumata əsasən, azyaşlı soyuducunun elektrik naqillərinə toxunduğuna görə cərəyan vurub. Hazırda onun müalicəsi davam etdiyindən, Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:13 / 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı “tok” VURDU
Hazırda oxunan: Lənkəranda 3 yaşlı uşağı “tok” VURDU
Hazırda oxunan: Lənkəranda 3 yaşlı uşağı “tok” VURDU
239509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.