Günəbaxanın elmə məlum olmayan YENİ NÖVÜ aşkarlandı - FOTO

Günəbaxanın elmə məlum olmayan YENİ NÖVÜ aşkarlandı - FOTO

Hazırda oxunan: Günəbaxanın elmə məlum olmayan YENİ NÖVÜ aşkarlandı - FOTO

239506

Bizim.Media xəbər verir ki, Texasda yerləşən Big Bend Milli Parkında botaniklər “ovicula biradiata” (“yunlu şeytan”) adlı günəbaxanın yeni növünü və cinsini kəşf ediblər.

Unikal bitki "şeytanın buynuzlarını" xatırladan yalnız iki şüa çiçəyinin olması ilə fərqlənir və səthi qalın liflərlə örtülmüşdür.

Qeyri-adi bitki parkın əməkdaşları tərəfindən tapılıb. onlar bitkinin fotolarını “iNaturalist” proqramında yerləşdiriblər. Bu görüntülər elm adamlarının diqqətini çəkib və bunun əvvəllər elmə məlum olmayan bir növ olduğundan şübhələniblər.
 

Tədqiqat Kaliforniya Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən aparılıb. Alimlər bitkinin DNT-sini tədqiq edib, həmçinin skan edən elektron mikroskopdan istifadə edərək ətraflı analizlər aparıblar. Nəticədə müəyyən edilib ki, “ovicula biradiata” nəinki yeni növdür, həm də günəbaxanların tamamilə yeni cinsini təmsil edir.


Kəşf elmi ictimaiyyətdə ciddi maraq doğursa da, mütəxəssislər bu bitkinin taleyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onun əhatə dairəsi son dərəcə məhduddur və iqlim dəyişikliyinin yaratdığı quraqlıqlar onun mövcudluğunu təhlükə altına qoya bilər.

Alimlər bu cür nadir növlərin tam öyrənilməmiş nəslinin tükənməsinin qarşısını almaq üçün onun qorunması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayırlar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO