“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov

“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov

Hazırda oxunan: “Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov

239492

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

Bizim.Media xəbər verir ki, manset.az yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, saytımıza eksklüziv açıqlamasında yayılan xəbərləri təkzib edib:

“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” - deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO