Milli Məclisin payız sessiyasında "psixoloji yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Hansı ki, bu qanunda psixoloq kimi hansı tələblərə cavabverən mütəxəssislərin pasiyentlərəi yardım göstərə biləcəyi dəqiq şəkildə əks olunacaq.
Bu qanunun qəbulu psixoloji xidmət mərkəzlərində daha peşəkar şəxslərin fəliyyətinə imkan yarada, təsadüfi şəxslərin psixoloq adı ilə insanları aldatmasının qarşısının alınmasına imkan verəcəkmi?
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlıxa0belə bir qanuna ehtiyac olduğunu vurğuladı:

“Praktik sahədə fəaliyyət göstərən psixoloqların və psixoloji xidmət mərkəzlərinin fəaliyyətini düzgün tənzimləmək üçün, əlbəttə ki, belə bir qanunun qəbul olunmasına ehtiyac var. Əslində bu, çoxdan baş verməli idi. Həmin qanun layihəsi ilə tanışam. Əgər ciddi dəyşikliklər olmayıbsa, praktik psixoloji xidmət işinin tənzimlənməsi sahəsindəki məsələləri tam əhatə etmir. Qanunu işləyən komissiyanın tibbi komissiya olduğunu da nəzərə alsaq, səbəbi aydındır. Yaxşı olardı ki, bu qanun hüquq və ya təhsil komissiyası tərəfindən işləniləydi. Qanunu işləyən komissiyada hansı praktik psixoloqların iştirak etmələri də onun hazırlamasında müvafiq bəndlərin salınmasına təsir göstərə bilərdi. Orada belə bir fikir gedir. “Müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar”. Şəxsən mən bu prosesə dəvət edilməmişəm. Qaldı ki, sizin qoyduğunuz suala ki, “bu qanunun qəbulu psixoloji xidmət mərkəzlərində daha peşəkar şəxslərin fəaliyyətinə imkan yaradacaq, təsadüfi şəxslərin psixoloq adı ilə insanları aldatmasının qarşısının alınmasına imkan verəcəkmi?”, mən də bunu çox arzulayıram. Əgər paktik psixologiya sahəsində işləyən mütəxəssislərin təyin edilməsi üzrə komissiya yaradılacaqsa və həmin komissiya onlara sertifikat, lisenziya verəcəksə, bu məni çox sevindirir. Amma əgər Azərbaycanın reallıqlarını nəzərə alsaq, həmin komissiya hətta mənə belə bu sertifikatı və lisenziyanı verməyə bilər. Əksinə, buna nə baza təhsili, nə də praktik bacarıqları imkan verməyənlər layiq görülər. Bu nə məni, nə də cəmiyyəti təəccübləndirməz. Nəticələri ilə də kimsə mübarizə aparmaq, hüquqi səlahiyyətlərinə sahib olmaq gücündə deyil. Hər halda, necə olursa-olsun, qanun bu sahədəki bəzi məsələlərə aydınlıq gətirəcək. Özbaşınalıqların qarşısını qismən də olsa alacaq. Qanundakı boşluqlar isə onun tətbiqi prosesində aydınlaşacaq. Yəqin ki, gələcəkdə düzəlişlər və əlavələr də edilər. Xeyirli- uğurlu olsun!”
xa0
Seymur ƏLİYEV
































































































