Hacıqabulda 3 otaqlı ev YANDI - VİDEO

Hacıqabulda 3 otaqlı ev YANDI - VİDEO

Hazırda oxunan: Hacıqabulda 3 otaqlı ev YANDI - VİDEO

239473

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220 kvadratmetr olan üçotaqlı evin bir otağında 2 kvadratmetr sahədə geyim dolabı yanıb.

Ev yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO