Şamaxıda İNTİHAR - Cəsədi bulaqdan tapıldı - ÖZƏL

Şamaxıda İNTİHAR - Cəsədi bulaqdan tapıldı - ÖZƏL

Hazırda oxunan: Şamaxıda İNTİHAR - Cəsədi bulaqdan tapıldı - ÖZƏL

23945

Şamaxının Məlhəm kəndində intihar hadisəsi baş verib. 

Bizim.Media-nın əldə məlumata görə 38 yaşlı Tural Ağasəf oğlu Ağayev kəndin bulağında asılmış vəziyyətdə tapılıb.

Kənd sakinlərinin bildirdiyinə görə intihar edən Tural Ağayev iki gün əvvəl itkin düşüb. Ailəsi və kənd sakinləri onun axtarışına çıxıb. Tural Ağayevin cansız bədəni dostları tərəfindən kəndin aşağı hissəsində yerləşən bulaqda aşkar edilib. 

3  azyaşlı övlad sahibi olan Tural Ağayev uzun illər içki düşkünü olub və evdən getməsi adət halını alıb.

Tez-tez ailəsi ilə mübahisə edib, günlərlə evdən gedirmiş. Son olayda evdən getmə və intihar səbəbi bilinmir. 

Tural Ağayev bu gün kənd qəbirstanlığında dəfn olunacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO