Şəmkirdə 55 yaşlı kişi ov edərkən güllə yarası aldı

Şəmkirdə 55 yaşlı kişi ov edərkən güllə yarası aldı

Hazırda oxunan: Şəmkirdə 55 yaşlı kişi ov edərkən güllə yarası aldı

239393

Şəmkirdə 55 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Səməd Vurğun qəsəbə sakini, 1970 ci il təvəllüdlü Elşən Mayılov ov həvəskarı olub və hadisə də Kür çayı ətrafındakı boş ərazilərdə ov edərkən baş verib.

İlkin ehtimallara görə, Mayılov dovşan ovladığı zaman naməlum bir maneəyə ilişərək yıxılıb, nəticədə tüfəng açılıb və güllə onun diz nahiyəsinə dəyib.

Yaralı dərhal Gəncə şəhərindəki tibb müəssisələrindən birinə çatdırılıb, hazırda müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO