Bakı metrosunda əcnəbi musiqi səsləndirilməsi ilə bağlı AÇIQLAMA

Bakı metrosunda əcnəbi musiqi səsləndirilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Bakı metrosunda əcnəbi musiqi səsləndirilməsi ilə bağlı AÇIQLAMA

239349

Bir neçə gündür ki, “Bakı Metropoliteni”nin “28 May” stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyə hesablansa da, səsləndirilən mahnılar arasında xarici musiqilərə üstünlük verilməsi iddiası da var.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən yeniliyin səbəbini səs və aidiyyəti texniki qurğuların yoxlanılması ilə əlaqələndirib:

Qurum rəsmisinin əcnəbi musiqinin səslənməsi ilə bağlı məsələyə münasibəti isə belə olub:

“Əcnəbi ifa və ya musiqilər səsləndirilmir. Belə bir fikir də olmayıb. Ümumiyyətlə, zövqü korlayan bayağı musiqi parçasının olması mümkün deyil”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO