Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Bizim.Media xəbər verir ki, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.
O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.
Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb:
"Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.
O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib. (Modern.az)
Bizim.Media