Zaqatalada ZƏNCİRVARİ QƏZA: Bir nəfər öldü, 7 nəfər xəsarət aldı - FOTO

Zaqatalada ZƏNCİRVARİ QƏZA: Bir nəfər öldü, 7 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Zaqatalada ZƏNCİRVARİ QƏZA: Bir nəfər öldü, 7 nəfər xəsarət aldı - FOTO

239177

Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub.
 

Hadisə zamanı “Niva”nın sürücüsü Zaqatala rayonu Sabunçu kənd sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.


Qəza nəticəsində həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO