“AL Market” qəhrəmanlarımızın övladları üçün Bayram şənliyi keçirdi - FOTO

“AL Market” qəhrəmanlarımızın övladları üçün Bayram şənliyi keçirdi - FOTO

Hazırda oxunan: “AL Market” qəhrəmanlarımızın övladları üçün Bayram şənliyi keçirdi - FOTO

239145

AL Market və Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü, "Azərsun Holdinq"in təşkilatçılığı ilə Vətənin bütövlüyü uğrunda canından keçən və sağlamlığını itirən Qəhrəmanlarımızın övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əyləncəli proqram təşkil edilib.


Sfera.az xəbər verir ki, "AL Market" Mağazalar Şəbəkəsi , "Park Bulvar" AVM və "Shokki Mokki" brendinin dəstəyi ilə keçirilən Yeni il şənliyində ilk öncə şəhid övladları və valideynləri üçün "Planetarium"da cizgi filmi nümayiş olunub. Daha sonra əyləncə təşkil edilib. Tədbirdə, həmçinin "Al Market" Mağazalar Şəbəkəsi və "Shokki Mokki" brendinin stendləri quraşdırılıb və gələn qonaqlara müxtəlif hədiyyələr təqdim edilib.
 

Qeyd edək ki, Azərbaycanın hər tərəfində  yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market”  mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO