"Boşanma halları kişilərin də ucbatından olur. Hər şeyi qadınların üzərinə yıxmaq olmaz".
Bizim.Media xəbər verir ki, bu sözləri “azxeber.com”a açıqlamasında Milli məclisin deputatı Aqil Abbas dünən açıqlanan statistikada "Boşanmaların təşəbbüskarı 70 faiz qadınlardır" fikrinə münasibət bildirərkən deyib.
Millət vəkili həmçinin boşanmaların yaranmasında kişilərin də payının az olmadığını deyib: "Düşünürəm ki, boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır fikrinə gəlmənin əsas səbəblərindən biri televiziyalarda yayımlanan verilişlərdi. Həmin verilişlərə gələn qadınların iki-üç uşağını atıb efirə çıxmasındandı. Mənə gəlir ki, qadınlara bu qədər şər atmaq olmaz. Qadın mənim anam, bacım, həyat yoldaşımdı. Boşanmaların baş verməsində kişilərin də payı az deyil. Kişi gedib narkomanlıq, oğurluq, dələduzluq edirsə, ən pisi isə başqa qadınla yaşayırsa bunu da bilən qadın haqlı olaraq onun yanından çıxıb getməyi, boşanmağı üstün tutacaq.
Qadınların alimentə görə boşandığı haqda səslənən fikirlərə münasibət bildirən millət vəkili bunları deyib: "Qadınların alimentə görə boşanması haqda deyilənlər yalan söhbətdi. Heç qadınlar aliment ala bilirlər ki? 235 manat alimentə görə ailəni dağıdarlar? Bu pul ilə uşağı və ya evini saxlaya bilərmi boşanan qadın? Təbii ki, bu mümkün deyil.
15% uşaqların nigahdankənar dünyaya gəlməsi ilə bağlı danışan Aqil Abbas zinanın Allah qatında ən ağır günahlardan olduğunu deyib:
"Nigahdankənar doğuan uşaqların sayının 15% olması çox ciddi rəqəmlərdi. Avropada nigah mərasimləri kilsədə kəsilir ki, boşanma zamanı bu sənəd rəsmi sənəd hesab olunur. Ancaq bizdə elə ailələr var ki, kəbin belə kəsdirmirlər ailə qurarkən. Zinadan dünyaya gələn uşaq Allah qatında edilən ən böyük günahlardan sayılır. Nigahdankənar doğulan uşaqları valideynləri əksər vaxt atıb qaçırlar. Bu da günümüzün acı reallığıdır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 13.03.2025
"Zinadan uşaq dünyaya gətirən qadınlar Allah qatında ən böyük günahı işlədirlər" – Deputat
Hazırda oxunan: "Zinadan uşaq dünyaya gətirən qadınlar Allah qatında ən böyük günahı işlədirlər" – Deputat
Hazırda oxunan: "Zinadan uşaq dünyaya gətirən qadınlar Allah qatında ən böyük günahı işlədirlər" – Deputat
239126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.