“Teleqram”da iki nəfərin 22 minini ələ keçirdi - FOTO

“Teleqram”da iki nəfərin 22 minini ələ keçirdi - FOTO

Hazırda oxunan: “Teleqram”da iki nəfərin 22 minini ələ keçirdi - FOTO

239118

Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt sakini olan iki nəfər “Teleqram” sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlə kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

X.Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. (“Qafqazinfo”)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO