Sumqayıtda “ASAN xidmət” fəaliyyətini məhdudlaşdırır – SƏBƏB

Sumqayıtda “ASAN xidmət” fəaliyyətini məhdudlaşdırır – SƏBƏB

Hazırda oxunan: Sumqayıtda “ASAN xidmət” fəaliyyətini məhdudlaşdırır – SƏBƏB

239068

1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 16-dan aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) məlumat yayıb.

"Belə ki, vətəndaşlarımız qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, Azərişıq ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər", - məlumatda qeyd olunub.

Bildirilib ki, mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.

Agentlik vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər ASAN Xidmət mərkəzlərinə müraciət etmələrini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO