Qusarın Suvacal kənd sakinləri suvarma və içməli su çatışmazlığından əziyyət çəkirlər - FOTO

Qusarın Suvacal kənd sakinləri suvarma və içməli su çatışmazlığından əziyyət çəkirlər - FOTO

Hazırda oxunan: Qusarın Suvacal kənd sakinləri suvarma və içməli su çatışmazlığından əziyyət çəkirlər - FOTO

239012

Qusar rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu, onlarla mütəmadi olaraq keçirilən görüşlərin əsas məqsədi vətəndaşların problemlərinin operativ şəkildə həll olunmasıdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu qəbildən olan növbəti səyyar görüş rayonun Xuray İnzibati Ərazi Dairəsinə daxil olan Suvacal kəndində baş tutub. 
 

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov suvacallıların problem və qayğılarını dinləyib. RİH başçısı Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və kənd sakinlərinin  qatıldığı görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.


Onlar suvarma və içməli su çatışmazlığından çətinlik çəkdiklərini bildirərək, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış evlərinin tikintisi üçün torpaq sahəsininin ayrılması, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini ediblər.

Problemlərin həlli məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib. 

Daha sonra Suvacal kənd tam orta məktəbində olan rayon rəhbəri  məktəbin fəaliyyəti, cari vəziyyəti ilə tanış olub, şagirdlərin təhsil göstəriciləri ilə maraqlanıb












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO