Son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.
Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik", - məlumatda deyilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:44 / 12.03.2025
ADY-dən Sürücü və piyadalara XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: ADY-dən Sürücü və piyadalara XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: ADY-dən Sürücü və piyadalara XƏBƏRDARLIQ - FOTO
239004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.