Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:47 / 12.03.2025
Vətəndaşların NƏZƏRİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
Hazırda oxunan: Vətəndaşların NƏZƏRİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
Hazırda oxunan: Vətəndaşların NƏZƏRİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
238991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.