Toy etmədən boşananlar da VAR... – Bəs kimlərin boşanmasına İCAZƏ VERİLMİR?

Toy etmədən boşananlar da VAR... – Bəs kimlərin boşanmasına İCAZƏ VERİLMİR?

Hazırda oxunan: Toy etmədən boşananlar da VAR... – Bəs kimlərin boşanmasına İCAZƏ VERİLMİR?

238970

Ötən il Azərbaycanda 21 min 384 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə isə ümumilikdə 21 min 688 boşanma baş verib. Boşananlar arasında müxtəlif yaş qruplarından və evliliyinin müxtəlif illərində boşanma qərarı alanlar var.

Ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında qeydə alınıb. Beş ilə qədər evli olub boşananların sayı 5814-dür.

5 və 9 il evli qalanların sayı isə çox az fərqlənir, yəni bu müddətdə evli olub boşananların sayı 5805-dir.

10-19 il, 20 il və daha yuxarı müddət bir-biri ilə evli olub, birgə yaşayışdan imtuna edənlər də istisna deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Xəyanət edənlər boşananda TƏZMİNAT ÖDƏYƏCƏK?


60 və daha yuxarı yaşda olan 4 kişi və 2 qadın 20 və daha çox birgə yaşadıqdan sonra boşanıblar.

Dövlət Statistika Komitəsinin məlumatında boşananların ən az evli qalma müddəti dəqiq göstərilmir. Məlumatda ən az evlilik müddəti kimi 5 ilə qədər zaman qeyd olunur.

Təcrübədən isə məlumdur ki, boşananlar arasında heç bir il evli qalmayan cütlüklər var.

Bəs qanunvericilik nə deyir? Qanunla nikah rəsmi qeydiyyata alınandan nə zaman sonra boşanmaq mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Səməd Vəkilov deyib ki, az da olsa bir ay içərisində belə boşanmaq istəyənlərə rast gəlinir:

“Şəxslər faktiki ailə münasibətinə girməmişdən öncə nikah bağlayırlar. Yəni nikah üçün bir ay öncədən ərizə verirlər, hətta bu ərəfədə, toy eləmədən öncə boşanma fikrinə düşənlər var. Belə hallarla bağlı bizə müraciət edənlər olub. Amma bu geniş yayılmayıb. Təcrübə göstərir ki, ilk illərdə, yəni 5 ilə qədər müddətdə daha çox boşanma qeydə alınır. Bu da uyğunlaşma ilə bağlıdır. O da istisna deyil ki, 60 yaşında da boşanan insanlar var. Yəni bu iki şəxs arasında olan könüllü münasibət olduğu üçün fərdi də yanaşma tələb edir”.

Vəkil boşanmaya icazə verilməyən məqamları da qeyd edib:

“Nikahın pozulmasına bəzi hallarda məhdudiyyətlər var. Yəni qadın hamilədirsə və yaxud uşağın bir yaşı olana qədər ərin arvadını boşama hüququ yoxdur. Əgər belə bir iddia ilə kimsə müraciət eləsə ailə məcəlləsi imkan vermir ki, bu iddia gerçəkləşsin.

Əgər bu məhdudiyyətlər yoxdursa, elə bu gün nikah bağlayıb, sabah da boşanmaq üçün məhkəməyə nüraciət etmək olur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO