İsti havada çox qalmaq qocalmanı sürətləndirir

İsti havada çox qalmaq qocalmanı sürətləndirir

Hazırda oxunan: İsti havada çox qalmaq qocalmanı sürətləndirir

238955

Yeni elmi araşdırmaya görə, yaşadığınız ərazinin iqlimi orqanizminizin qocalma sürətinə təsir edə bilər. Bu proses hətta hüceyrə səviyyəsində də müşahidə olunur.

Bizim.Media xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan məqalədə bildirilir ki, ekstremal istilərin daha çox olduğu bölgələrdə yaşayan insanların bioloji qocalması sürətlənir.
 

Onların hüceyrələri, daha sərin iqlimdə yaşayanlarla müqayisədə, daha tez qocalır.


Araşdırma çərçivəsində 56 yaş və daha yuxarı 3679 iştirakçının qan nümunələri analiz edilib. Finiqs və Tuksun (Arizona), Braunsvill və Laredo (Texas), eləcə də Mayami və Tampa (Florida) ən isti bölgələr kimi qeydə alınıb. Bu bölgələrdə yaşayanların bioloji yaşı ildə 10-dan az isti gün olan ərazilərdə yaşayanlarla müqayisədə 14 ay daha çox olub.(baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO