ABŞ-da Azərbaycan dilində yeni TELEKANAL AÇILDI

ABŞ-da Azərbaycan dilində yeni TELEKANAL AÇILDI

Hazırda oxunan: ABŞ-da Azərbaycan dilində yeni TELEKANAL AÇILDI

238942

ABŞ-da yaşayan azərbaycanlılar üçün Mira TV kanalı açılıb. Bu təşəbbüs yeni gələn azərbaycanlıların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.

Bizim.Media xəbər verir ki, bu sözləri “kult.az”a Mira TV-nin təsisçisi Tofiq Ağayev deyib.

“Burada yaşayan azərbaycanlılar xəbərləri sosial şəbəkədən izləyirlər. Çoxu ingilis dilində hələ yaxşı bilmədikləri üçün informasiya qıtlığı yaşayır. İctimai-siyasi, mədəni həyatdan tam xəbərləri olmur. Azərbaycan dilində verilişlərin olmasına ehtiyacları var. Bu məqsədlə ABŞ-da Azərbaycan dilində kanal açdıq”, - o bildirib.

O xatırladıb ki, azərbaycanlıların verilişə canlı qatılmaq və suallarına cavab almaq imkanları da yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO