“Top Qapı” restoranında da nöqsanlar aşkarlandı - FOTO

“Top Qapı” restoranında da nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: “Top Qapı” restoranında da nöqsanlar aşkarlandı - FOTO

238907

Qida Təhlükəsizliyi Agentliyi fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında yoxlama aparıb və ciddi nöqsanlar aşkarlayıb.

Qurumdan Bizim.Media-ya daxil olan məlumata görə, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxıb.
 

Məlum olub ki, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı mətbəxdə havalandırma sisteminin qurulmayıb, qida məhsulları tələb olunan qaydada və temperaturda saxlanılmır, qida ilə təmasda olan işçilər tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışır, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsullar istehlaka təqdim olunub.


Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

Qeyd edək ki, AQTA tərəfindən daha əvvəl də restoranlarda analoji yoxlamalar keçirilib və sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO