Şəxsiyyət vəsiqəsində yaşı azaltmaq MÜMKÜNDÜR? – HÜQUQİ İZAH

Şəxsiyyət vəsiqəsində yaşı azaltmaq MÜMKÜNDÜR? – HÜQUQİ İZAH

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsində yaşı azaltmaq MÜMKÜNDÜR? – HÜQUQİ İZAH

238905

Yaş artdıqca daha gənc görünmək istəyi bir çox insanların arzusudur. Artıq qadınlarla yanaşı, kişilər də üzlərinə, saçlarına müəyyən prosedurlar etdirərək, yaşlarından daha gənc görünməyə çalışırlar.

Ancaq bəzən bununla kifayətlənməyib, “kaş vəsiqədə də yaşımı azalda bilsəydim”  deyənlər olur. Hətta bu addımı həyata keçirmək istəyənlər də az deyil.

Bəs, qanun nə deyir? Bu mümkündürmü? Hüquqi məsuliyyət yaradırmı?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Şamil Paşayev bildirib ki, vətəndaşın istəyinə görə şəxsiyyət vəsiqəsində yaş azaldıb-artırmaq mümkün deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Daimi qeydiyyat yeri olmayanlar şəxsiyyət vəsiqəsi ala bilərmi? – HÜQUQİ İZAH


O vurğulayır ki, gənc görünmək, ərə getmək üçün yaşını dəyişdirmək istəyənlər çoxdur.

“Bəzisi deyir ki, 30 yaşında görünürəm, yaşımı 21 edim ki, ərə gedim. İnsanların xəyalları tükənmir, ancaq bunu etmək mümkün deyil”. 

Bəs buna yol verən olarsa, onu hansı hüquqi tədbir gözləyir?

“Bunu edən şəxslə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, sənədləri saxtalaşdırma kimi bir çox maddəylə cinayət işi aparılıb, məsuliyyətə cəlb oluna bilər”-deyə Şamil Paşayev qeyd edib.

Hüquqşünasın sözlərinə görə şəxsiyyət vəsiqəsində yaş iki halda dəyişdirilə bilər.

“Bəzi hallarda şəxsiyyət vəsiqəsində yaşı dəyişdirmək olar. Birinci halda texniki səhv olduqda , o texniki halı aradan qaldırmaq üçün, ikinci olaraq isə, insanın doğum tarixini qeydiyyat şöbəsində düzgün yazmadıqda mümkündür. 

Bu zaman şəxs şahidlər gətirərək, aidiyyəti məhkəməyə müraciət edərək yaşını azalda və ya çoxalda bilər. Məhkəmə qaydasında şəxslə bağlı ekspertiza və s. təyin edilə bilər. Amma şəxsin sırf öz istəyi ilə yaşının azaldılıb, artırılması mümkün deyil”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO