Sərhəddə TIR-ların sayı artır - Rusiyanın Azərbaycandan TƏLƏBİ NƏDİR? 

Sərhəddə TIR-ların sayı artır - Rusiyanın Azərbaycandan TƏLƏBİ NƏDİR? 

Hazırda oxunan: Sərhəddə TIR-ların sayı artır - Rusiyanın Azərbaycandan TƏLƏBİ NƏDİR? 

23890

Azərbaycanla Rusiya Federasiyası sərhədində, “Samur” gömrük postunda böhranlı durum xeli müddətdir ki, davam etməkdədir. 

Məlum olduğu kimi, burada yük avtomobillərinin uzun növbəsi yaranıb. Son məlumatlara görə, gömrük keçid məntəqəsində 1500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir.

Məlumdur ki, sərhəddə sıxlığın yaranması Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracında da ciddi problem yaradıb.

Qeyd edək ki, dövlət qurumlarından yaranmış durumla əlaqədar olaraq fermerlərə avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatından da istifadə olunması tövsiyə edilib. Bununla əlaqədar, “Azərbaycan Dəmir Yolları” QSC-dən yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbuluna (soyuducu vaqonlar daxil olmaqla) hazır olunduğu açıqlanıb. 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə artıq 400-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir:

“Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir. Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir. Sıxlıqların yaranmasına səbəb Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir. Hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq”. 

İqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli isə Bizim.Media-ya açıqlamasında bildirib ki, vaxtaşırı yaşanan bu durum Rusiya tərəfinin yaratdığı süni problemdir: 

“Azərbaycandan bu mövsümdə əsasən meyvə-tərəvəz məhsulları Rusiya bazarına ixrac olunur və  durum vətəndaşlara küllü miqdarda ziyan vurur. Təbii ki, biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq, amma Rusiyanın həm bizə, həm də zamanında Türkiyəyə qarşı bu cür ticarət müharibəsi aparması müxtəlif məqsədlər daşıyır. Bu bizi həm Avroasiya İqtisadi İttifaqına, həm də Avrasiya Gömrük İttifaqına çəkmək təşəbbüsüdür. Hesab edirəm ki, Azərbaycan bu münasibətdən nəticə çıxarmalıdır və qarşı tərəflə onun anlayacağı dillə danışmalıdır. Həm də elə sistem yaradılmalıdır ki, sahibkarlarımız öz məhsullarını alternaiv bazarlara da yönəldə bilsinlər”.   

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO