Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.
Tədbirə əsas olaraq Qəzza zolağından olan ailələr qatılıb.
Türkiyə lideri Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edib və qəzzalılara dəstəyini bir daha vurğulayıb.
Tədbir zamanı qəzzalı uşaqların Ərdoğanın ətrafına toplaşması, onunla foto çəkdirməsi fotoqrafların obyektivindən yayınmayıb.
Burada kiçik qəzzalı qızın Türkiyə prezidentinə sevgisini ifadə etdiyi anlar böyük maraqla qarşılanıb. Belə ki, Ərdoğanın alnından öpən qızın fotosu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş paylaşılıb.
Bizim.Media