Xankəndidə Yel çərşənbəsi qeyd edildi, tonqallar yandırıldı - FOTO

Xankəndidə Yel çərşənbəsi qeyd edildi, tonqallar yandırıldı - FOTO

Hazırda oxunan: Xankəndidə Yel çərşənbəsi qeyd edildi, tonqallar yandırıldı - FOTO

238842

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. 
 

Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, şəhər sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.


Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. 

Şəhər mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.


















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO